17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Futbol klubuna baş məşqçi təyin olunub
Tarix: 30-05-2018 23:36 | Bölmə: İdman / Xəbərlər
Futbol klubuna baş məşqçi təyin olunub

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov komandaya yeni baş məşqçi təyinatından danışıb.


O, klubun saytına açıqlamasında deyib ki, Sənan Qurbanov artıq məşqçi kimi püxtələşib, rəhbərlik ona güvənir:

“Sənan Qurbanov artıq illərdir ki, klubumuzda çalışır. O, məşqçi kimi fəaliyyətə “Qəbələ” Futbol Akademiyasında başlayıb. Daha sonra fəaliyyətini əsas komandada davam etdirib. Hamının bildiyi kimi klubumuzda iki məsələ prioritet təşkil edir: akademiya və əsas komanda. Qurbanov da bizim strategiyamıza uyğun olaraq akademiya futbolçularını yaxından tanıyır, onlara yanaşma baxımından düzgün mövqe sərgiləyəcək. Həm də uzun illər əsas komandada çalışıb, Roman Qriqorçuk kimi təcrübəli məşqçinin yanında püxtələşib, Avropa Liqası və ölkədaxili turnirlərdə böyük təcrübəyə malikdir. Qurbanovda baş məşqçiyə xas bütün xüsusiyyətlər var. Ona güvənirik və klubumuzda uğurlu fəaliyyət göstərəcəyinə inanırıq”.

Xatırladaq ki, bu gün “Qəbələ” Sənan Qurbanovu baş məşqçi vəzifəsinə təyin edib. Onunla 2 illik müqavilə imzalandığı açıqlanıb.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}