Millimizin yoxlama oyunu yekunlaşıb - Hesab
Tarix: 04-06-2018 16:27 | Bölmə: İdman / Xəbərlər
Millimizin yoxlama oyunu yekunlaşıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda qazaxıstanlı həmyaşıdları ilə qarşılaşıb. Astanada keçirilən oyunda hesabı komandamız açsa da, qələbəni qoruyub-saxlaya bilməyib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, millimiz bu oyundan 4 gün sonra Bakıda Macarıstan U-21-i ilə üz-üzə gələcək.

4 iyun

13:00. Qazaxıstan U-21 – Azərbaycan U-21 - 1:1

Qollar: Sərtan Taşkın, 36 (0:1), Aybol Abiken, 81-penalti (1:1).
(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}