İngiltərə yığması yarımfinala vəsiqə qazanıb
Tarix: 07-07-2018 22:41 | Bölmə: İdman / Xəbərlər
İngiltərə yığması yarımfinala vəsiqə qazanıb

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir. Bu gün mundialın 1/4 final mərhələsində İsveç və İngiltərə yığmaları qarşılaşıblar.

“Samara Arena”da keçirilən matçda qalib gələn İngiltərə yığması yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, DÇ-nin yarımfinal oyunları iyulun 10 və 11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

İsveç – İngiltərə - 0:2

Qollar: Harri Maquayr, 30; Dele Alli, 59

Sarı vərəqələr: Sebastyan Larsson, 90+4 - Harri Maquayr, 87

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Samara. “Kosmos Arena”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}