12:32 / 15-10-2018
Prezident Lənkərana gedib
08:53 / 15-10-2018
Yenidoğulmuşun şikayəti
"Çelsi"yə baş məşqçi təyin olunub - Müqavilə imzalanıb
Tarix: 14-07-2018 14:56 | Bölmə: İdman / Xəbər lenti
"Çelsi"yə baş məşqçi təyin olunub

İngiltərənin "Çelsi" futbol komandasına yeni baş məşqçi təyin olunub.


Klubun rəsmi saytının məlumatına görə, bu vəzifə Mauritsio Sarriyə həvalə olunub.

İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 59 yaşlı baş məşqçi həmyerlisi Antonio Konteni əvəzləyib.

Qeyd edək ki, Maurisio Sarri bu təyinatadək 3 il ərzində İtaliyanın "Napoli" klubunda çalışıb. Onun rəhbərliyi altında Napoli komandası ardıcıl iki mövsüm A Seriyasının gümüş və bürünc medallarını qazanıb, Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Sarri 2017-ci ildə İtaliya çempionatının ən yaxşı baş məşqçisi seçilib.(Report)




Bölməyə aid digər xəbərlər
11-10-2018, 20:17 Arda Turan həbs olunacaq