Məşhur futbolçu yeni komandada oynayacaq - Transfer
Tarix: 18-08-2018 10:26 | Bölmə: İdman / Xəbərlər
Məşhur futbolçu yeni komandada oynayacaq

A seriyası təmsilçisi “Parma” son olaraq Çinin "Hebey Çayn Forçun" klubunda oynayan Jervinyonu transfer edib.

Klubun yaydığı xəbərə görə, 31 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Jervinyo Fransanın "Lill", İngiltərənin "Arsenal" və İtaliyanın "Roma" klublarında çıxış edib. O, Fil Dişi Sahili millisi ilə 2015-ci ildə Afrika Millətlər Kubokunun qalibi olub.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}