Baş məşqçi: “Oyunda səhvlər var idi”
Tarix: 20-08-2018 14:19 | Bölmə: İdman / Xəbərlər
Baş məşqçi: “Oyunda səhvlər var idi”

“Bizim üçün üzücü məğlubiyyət oldu. "Neftçi" kobud səhvlərimizdən yararlandı. İkinci hissə bir qədər fərqli alındı. Yetərincə qol imkanımız oldu. İki kobud səhvdən qapımıza qol vurdular”.

Bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqanın 2-ci turunda “Neftçi”yə uduzduqları oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

Futbolçulardan maksimum dərəcədə istifadə etdiklərini deyən S. Qurbanov Monrozun zədəli olduğunu bildirib: “Məşqsizdi, amma hücumçu kimi özünü göstərdi”.

Elvinin əvəzlənməsinə gəlincə, baş məşqçi bunun taktiki gediş olduğunu deyib: “Hücumçu lazım idi, onun yerinə hücumçu buraxdıq”.

S. Qurbanov oyunda səhvələrin olduğunu da etiraf edib: “Bəli, səhvlər var idi. Amma bir oyuna görə qərar vermək doğru deyil. Bu səhvləri analiz edib, təkrarlamamalarını söyləyəcəm”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}