"Qarabağ" Avropa Liqasına vəsiqə qazanıb - Qələbə
Tarix: 31-08-2018 01:48 | Bölmə: İdman / Xəbər lenti
"Qarabağ" Avropa Liqasına vəsiqə qazanıb

"Qarabağ" klubu tarixində 4-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Azərbaycan təmsilçisi bu dəfə pley-off mərhələsində Moldova "Şerif"ini mübarizədən kənarlaşdırıb. Ötən həftə səfər matçında 0:1 hesabı ilə uduzan Ağdam komandası Tofiq Bəhramov adına Respublika stadionundakı cavab görüşündə rəqibini darmadağın edib - 3:0. Hesabı 9-cu dəqiqədə Abdullah Zubirin ötürməsindən sonra Maksim Medvedev açıb. 42-ci dəqiqədə künc zərbəsindən sonra Donald Gerrye başla topu tora göndərib. Matçda son nöqtəni isə 55-ci dəqiqədə Filip Ozobiç vurub.

Bununla da "Qarabağ" ardıcıl beşinci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib.




Bölməyə aid digər xəbərlər
11-10-2018, 20:17 Arda Turan həbs olunacaq