Millimizin baş məşqçisi istefa verdi –Səbəb
Tarix: 19-04-2016 20:34 | Bölmə: İdman / Xəbərlər

 


Futzal üzrə Azərbaycan millisi baş məşqçisi Faustino Perez vəzifəsindən ayrılıb.

AFFA-nın yaydığı məlumata görə, ispan mütəxəssis ölkəmizdə çalışmaqdan məmnun olduğunu bildirməklə, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqavilənin qarşılıqlı razılıq əsasında yenilənməməsini xahiş edib.
AFFA rəhbərliyi isə öz növbəsində Perez Moreno Gomez Faustino gördüyü işlərə və yığmamıza qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Perezin rəhbərliyi altında futzal millimiz Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsində oynamaq hüququ əldə edib.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}