"Qəbələ”nin rəqibi müəyyənləşib - Gənclər Liqasında
Tarix: 04-09-2018 18:17 | Bölmə: İdman
"Qəbələ”nin  rəqibi müəyyənləşib

UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk iki mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə təmsilçimiz "Qəbələ”nin də rəqibi müəyyənləşib.

"Qırmızı-qaralar” 1-ci mərhələdə Moldovanın "Şerif" klubu ilə qarşılaşacaq. İlk oyun oktyabrın 3-də Qəbələdə, cavab görüşü oktyabrın 24-də Tiraspolda keçiriləcək.

Bu cütün qalibi 2-ci mərhələdə "Herta” (Almaniya) - "Lex” (Polşa) cütünün güclüsü ilə üz-üzə gələcək.

Xatırladaq ki, "Qəbələ” ikinci dəfə Gənclər Liqasında çıxış edəcək. 2016/2017 mövsümündə də turnirdə iştirak edən bölgə təmsilçisi 1-ci mərhələdə Rusiyanın "Dinamo” (Moskva) komandasına uduzub - 0:2, 0:5.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}