12:32 / 15-10-2018
Prezident Lənkərana gedib
08:53 / 15-10-2018
Yenidoğulmuşun şikayəti
Millimiz Norveç komandasına məğlub olub
Tarix: 11-09-2018 22:17 | Bölmə: İdman / Xəbər lenti
Millimiz Norveç komandasına məğlub olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda "Dalğa Arena"da Norveçi qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz qrupda sonuncu oyununu oktyabrın 10-da səfərdə Norveç millisinə qarşı keçirəcək.

Əlavə edək ki, Azərbaycan millisi qrupda keçirdiyi 9 oyunda yalnız 2 xal qazana bilib. Komanda bu nəticə ilə sonuncu - altıncı pillədə qərarlaşıb və növbəti mərhələyə yüksəlmək şansını itirib.




Bölməyə aid digər xəbərlər
11-10-2018, 20:17 Arda Turan həbs olunacaq