“Qarabağ”ın rəqibinin Remsi ilə müqavilə cəhdi yenə uğursuz alınıb
Tarix: 15-09-2018 13:27 | Bölmə: İdman
“Qarabağ”ın rəqibinin Remsi ilə müqavilə cəhdi yenə uğursuz alınıb

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Arsenal”ın Aaron Remsi ilə müqaviləni uzatmaq cəhdi növbəti dəfə uğursuz alınıb.

“The Sun” xəbər verir ki, London klubu 27 yaşlı futbolçunu komandada saxlamağa razı sala bilməyib. “Topçular” uelsli oyunçuya 5 illik müqavilə və həftəlik 280 min avro maaş təklif etsə də, o, buna müsbət cavab verməyib. Remsinin komandada qalmaq istəməməsinin klubun baş direktoru İvan Qazidisin “Milan”a mümkün gedişi ilə bağlı olduğu iddia olunur.


Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi “Arsenal”a 2008-ci ildə “Kardiff”dən transfer olunub.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}