16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Tahir Süleymanov: “İstedadlı hakimlərin karyerası bilərəkdən məhv edildi”
Tarix: 18-09-2018 14:17 | Bölmə: İdman
Tahir Süleymanov: “İstedadlı hakimlərin karyerası bilərəkdən məhv edildi”

AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yeni sədri Fritz Stuxlikin iştirakı ilə geniş toplantı keçirilib.

Bu barədə "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov məlumat verib. Toplantıda T. Süleymanovla yanaşı, beynəlxalq dərəcəli keçmiş hakimlər Vüsal Əliyev, Anar Salmanov, Babək Quliyev də iştirak edib.

İclasda hakimlikdə mövcud durum və gələcək perspektivlər geniş müzakirə olunub.

Tahir Süleymanov Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yeni sədri Fritz Stuxlikin iştirakı ilə keçirilən iclas haqda fikirlərini bölüşüb.

Reyting.az-ın xəbərinə görə, keçmiş hakim Qol.az-a açıqlamasında toplantıda müzakirə olunan məsələləri dəyərləndirib. Təcrübəli mütəxəssis əvvəlcə son illər hakimlikdəki problemlərdən söz açıb:

"Son günlər hakimlər strukturundakı dəyişiklər müzakirə olunur. Azərbaycan hakimlik məktəbi dünya səviyyəsində tanınan, ənənələri olan məktəblərdən biridir. Çox az sayda ölkələrin nümayəndələri dünya və Olimpiya oyunlarının finallarını idarə ediblər. SSRİ məkanında Azərbaycan hakimləri uzun illər ən yaxşılardan olublar. Təəssüf ki, son 15-20 ildə tənəzzül yaşandı. İstedadlı hakimlərimizin qarşısı ardıcıl olaraq alındı. Bunun günahı Hakimlər Komitəsindəki sistemsizlik, qərəzlilik, müstəqilliyin olmaması idi. Nə yaxşı ki, son illər Əliyar Ağayevin bu sarıdan bəxti gətirdi və öz istedadını Avropa meydanlarında göstərməkdədir".

Hakimlər Komitəsindəki dəyişikliyə də toxunan T. Süleymanov bu addımın gec atıldığını söyləyib: "Dəyişiklər çox gecikdi. 6-7 klubun çempionluq uğrunda yarışdığı, rəqabətin olduğu dönəmlərdə buna daha çox ehtiyac var idi. Uzun illərdi Hakimlər Komitəsində baş verən prosesləri obyektiv olaraq tənqid edirdik. UEFA tövsiyyələrinə uyğun nəhayət ki, qəti qərarlar verildi. İllər itirildi, neçə-neçə istedadlı hakimin karyerası bilərəkdən məhv edildi. İstedadlar isə hər il üzə çıxmır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}