14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Bakı Fond Birjasında hərrac keçiriləcək - İstiqrazlarla bağlı
Tarix: 07-10-2018 18:21 | Bölmə: İqtisadiyyat
Bakı Fond Birjasında hərrac keçiriləcək

Oktyabrın 9-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Reyting.az
BFB-yə istinadla xəbər verir ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 30 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 728 gün, faiz gəliri 8 faizdir. İstiqrazlar 2020-ci il oktyabrın 6-da ödəniləcək. "PAŞA Kapital" İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}