16:19 / 18-10-2018
Köçəryan partiya yaradır
12:41 / 17-10-2018
Sabahın hava proqnozu
Dünyada ən uzun hava reysinə bu gün start veriləcək
Tarix: 11-10-2018 17:10 | Bölmə: İqtisadiyyat
Dünyada ən uzun hava reysinə bu gün start veriləcək

Singapore Airlines hava şirkətinin təyyarəsi oktyabrın 11-də dünyada Sinqapur-Nyu-York xətti ilə ilk fasiləsiz ən uzun uçuşuna başlayacaq.

Reyting.az xəbər verir ki, təyyarə 15 min kilometrdən çoz olan məsafəni ən azı 19 saata qət edəcək.

Uçuş üçün Airbus A350 ULR təyarəsindən istifadə ediləcək.

Hava gəmisində 67 biznes-klass, 94 premium-ekonom yer var. Təyyarədə ekonom-klass yoxdur.

Singapore Airlinesin məlumatına görə, heç yerdə dayanmadan reys səyahət vaxtının qısaldılması üçün müştərilərin xahişi ilə həyata keçirilir.

Şirkət 2004-cü ildə buna bənzər reys həyata keçirib, lakin 2013-cü ildə kifayət qədər yüksək qiymət səbəbindən onu ləğv edib.


Reyting.az




Bölməyə aid digər xəbərlər