16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Çində zəngin insanların sayı rekord səviyyədə azalıb
Tarix: 13-10-2018 18:14 | Bölmə: İqtisadiyyat
Çində zəngin insanların sayı rekord səviyyədə azalıb

Çində maliyyə imkanı minimum 2 milyard yuan (290 milyon dollar) olan varlı adamların sayı bu il son 20 ildə ilk dəfə rekord sürətlə azalıb.

Reyting.az xəbər verir ki, Alibaba Groupun yaradıcısı Cek Ma isə Çin Xalq Respublikasının ən varlı adamı olub.

Çinin ən varlı 20 adamının builki siyahısına 1893 nəfər düşüb. Bu, ötən illə müqayisədə 11 faiz azdır. 2017-ci ildə ölkədəki yuan milyarderlərinin sayı 2130 nəfər olub. Siyahıdakı varlıların sayının azalması 2012-ci ildən bəri ilk dəfə baş verir və səbəbi ABŞ-la ticarət müharibəsi və iqtisadi artımın azalması fonunda Çinin fond birjalarında enişlə bağlıdır.

Bunun nəticəsində siyahıdan 456 nəfər çıxıb – bu, 20 il ərzində ən böyük azalmadır.

Çində zəngin insanların sayı rekord səviyyədə azalıb

Cek Ma dörd ildə ikinci dəfə Çinin ən varlı adamlarının siyahısında birinci yeri tutur. Alibabanın yaradıcısının varidatı son ildə 10 milyard dollar artaraq 39 milyarda çatıb. Cek Ma öz varidatının 90 faizini 50 yaşından sonra əldə edib.

Onun varisi Deniel Çjan Yun da 1007-ci yeri tutmaqla 580 milyon dollarla siyahıya düşüb.

Bu il siyahıya 1980-ci ildən sonra anadan olan 132 nəfər düşüb, bu da ötən ildəkindən 32 nəfər çoxdur. Siyahıdakıların 56 nəfəri 1985-ci ildən sonra anadan olanlardır.

Bundan əlavə, Çinin ən varlı adamlarının siyahısına 1990-cı ildən anadan olan 10 gənc iş adamı da düşə bilib.

Çində zəngin insanların sayı rekord səviyyədə azalıb

Qeyd edək ki, Çinin ən varlı adamının orta yaş həddi 55-dir. Onların 50 faizi 7 şəhərdə yaşayır. Valıların ən çox yaşadığı şəhər (293 nəfər) Pekindir. Bundan başqa Şençjen və Şanxay şəhərlərində də daha çox varlı yaşayır.

Qadınlar ümumi varlıların 28,7 faizini təşkil edir ki, bu da 20 ilin ən rekord göstəricisidir. Siyahıdakıların ən çoxu Çjetsyan, Pekin və Sinxua universitetlərinin məzunlarıdır.

Siyahıdakı 12 iş adamının ölkənin hakimiyyəti ilə problemi olub, onların 9 nəfəri istintaq altındadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}