17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Dövlət agentliyinin tabeliyində yeni qurum yaradılır - Qərar
Tarix: 16-10-2018 10:04 | Bölmə: İqtisadiyyat
Dövlət agentliyinin tabeliyində yeni qurum yaradılır

Nazirlər Kabineti Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında qərar verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla Əqli Mülkiyyət Agentliyinin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi yaradılıb. Mərkəzin Nizamnaməsi və strukturu təsdiq edilib. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Nazirlər Kabinetinə:

Mərkəzin nizamnaməsinin və strukturunun təsdiq edilməsi;

icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi;
nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

Əqli Mülkiyyət Agentliyinə inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi;

icra orqanının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

işçilərin say həddinin müəyyən edilməsi;

təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;

xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}