Beyləqan məktəbində pambıq tarlası: Direktorun ikiqat qazanc yeri - Foto
Tarix: 19-10-2018 15:38 | Bölmə: İqtisadiyyat
Beyləqan məktəbində pambıq tarlası: Direktorun ikiqat qazanc yeri

Dünyanın mütərəqqi ölkələri təhsilə, Azərbaycanın təhsil işçiləri də pambığa sərmayə qoyurlar.

Reyting.az bildirir ki, bu haqda Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu özünün Facebook səhifəsində yazıb.

Bu şəkildə gördüyünüz pambıq sahəsi Beyləqan rayonu, Birinci Şahsevən kəndinin Gəray Əsədov adına 1 nömrəli orta məktəbinin həyətindədir.

Məktəbin direktoru ikiqat qazanc yeri tapıb, bir tərəfdən məktəbdən, digər tərəfdən də ucuz işçi qüvvəsinin cəlb edilməsi yolu ilə pambıqçılıqdan qazanır.

Şagirdlərin də gələcəkləri göz qabağındadır, uzağa getmək lazım deyil, hər gün dərsə gedəndə də, dərsdən gələndə də pambıq sahəsini görür, hətta onun zəhərli havası ilə nəfəs də alırlar.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}