17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Neftin qiyməti bahalaşdı, pambıq gözdən düşdü - Fotolar
Tarix: 22-10-2018 14:36 | Bölmə: İqtisadiyyat
Neftin qiyməti bahalaşdı, pambıq gözdən düşdü

Pambıqla bağlı yazdığım statusların ardınca yeni məlumatlar daxil olur.

Reyting.az bildirir ki, bunu özünün Facebook səhifəsində Demokratiya və Rifah Hərəkatının rəhbəri, tanınmış iqtisadçı-alim Qubad İbadoğlu yazıb.

Neftin qiyməti bahalaşdı, pambıq gözdən düşdü

“Beyləqandan verilən məlumata görə, pambıq sahələrdə tökülüb, yerdə qalaraq, çürüyür və zay olur. Bunu 3 müxtəlif sahəni əks etdirən fotolardan və videodan görmək olar. Alış qiymətinin aşağı olmasına görə, yerli əhali pambıq yığmağa maraq göstərmir. Hazırda pambığın 1 kiloqramının alış qiyməti 15 qəpikdir”, - İbadoğlu vurğulayıb.

Onun bildirdiyinə görə, Salyan rayonundan təqdim olunan fotodan görünür ki, pambıq yığmazdan əvvəl onun yarpaqlarının tökülməsinə səbəb olan dərmanın sahələrə vurulmaması səbəbindən tarla bu günədək yaşıl rəngdədir: “Yeri gəlmişkən, onu da qeyd edim ki, Salyan rayon İcra Hakimiyyətində bələdiyyələrin və yerli icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda icra başçısı pambıq yığımına əhalinin marağının olmamasından gileylənib və təklif edib ki, yığıma səhiyyə və təhsil müəssisələrinin texniki işçiləri məcburi qaydada cəlb edilsin. Bu rayonda kombaynların çatışmazlığı da müzakirə mövzusu olub.

Neftin qiyməti bahalaşdı, pambıq gözdən düşdü

Bir məlumatı da qeyd edim ki, əllə yığılan pambıq maşınla yığılandan daha təmiz olduğuna görə fermerlər pambığın maşınla toplanmasına çox da maraq göstərmirlər. Çünki maşına toplanan pambığın çirklilik dərəcəsi yüksək olduğundan sortu MTK-larda aşağı yazılır və bunun da nəticəsində pambığın alış qiyməti də ucuzlaşır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}