Bakı Fond Birjasında artım qeydə alınıb - 2,2 dəfə
Tarix: 25-10-2018 15:14 | Bölmə: İqtisadiyyat
Bakı Fond Birjasında artım qeydə alınıb

Bu ilin yanvar-sentyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 17,424 mlrd. manat təşkil edib.

BFB xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 35,2 faiz artaraq 80 879-a çatıb.

BFB-nin dövriyyəsinin 37,7 faizi və yaxud 6,573 mlrd. manatı törəmə maliyyə alətlərinin payına düşüb. Törəmə maliyyə alətləri bazarının həcmində illik 78,3 faiz artım qeydə alınıb.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 3,2 dəfə artaraq 9,642 mlrd. manat, səhm bazarı üzrə əqdlərin dəyəri 4,7 dəfə azalaraq 142 mln. manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri 4,2 faiz azalaraq 521 mln. manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 47,1 dəfə artaraq 546 mln. manat olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}