07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Prezidentin gəlirləri il ərzində səkkiz dəfə artıb
Tarix: 28-10-2018 16:14 | Bölmə: İqtisadiyyat
Prezidentin gəlirləri il ərzində səkkiz dəfə artıb

Oktyabr ayının üç həftəsi ərzində Ukrayna prezidenti Pyotr Poroşenkonun gəlirləri 34,8 milyon qrivna (təxminən 1,2 milyon dollar0 təşkil edib.

Reyting.az xəbər verir ki, bu məlumat Ukrayna məmurlarının gəlir bəyannamələrinin reyestrində öz əksini tapıb.

Sənəddə qeyd edilir ki, Ukrayna dövlətinin başçısı 28,8 milyon qrivnanı (milyon dollara yaxın) qiymətli kağızlar və korporativ hüquqlarından, daha 6 milyon qrivnanı (210 min dollar) “Praym Essets Kepital” investisiya fondunun işindən divident kimi əldə edib.

Poroşenko 2018-ci ilin əvvəlindən 15 bəyannamə verib. Bu sənədlərə görə ümumi gəlir 125 milyon qrivna (4,4 milyon dollar) olub. Bu, təxminən 8 dəfə onun 2017-ci ildəki gəlirindən çoxdur.

Ukrayna prezidenti 2017-ci ildə “Kiyevdə nəşr olunan “Yeni zaman” jurnalının Dragon Capital investisiya şirkəti ilə birgə hazırladığı “Top-100” ən varlı ukraynalıların illik reytinqində beşinci yeri tutub.

Reyting.az





Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}