16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Dünyanın ən varlı adamı iki gündə 19 milyard ziyana düşdü
Tarix: 30-10-2018 14:18 | Bölmə: İqtisadiyyat
Dünyanın ən varlı adamı iki gündə 19 milyard ziyana düşdü

Dünyanın ən varlı adamlarının reytinqində birinci olan Amazonun sahibi Ceff Bezos şirkətin səhmlərinin dəyərinin azalması səbəbindən son iki gündə 19,2 milyard dollar itirib.

Reyting.az xəbər verir ki, Amazonun riteylərinin səhmləri ötən həftənin beşinci günü 7,8 faiz, bu həftənin birinci günü 6,3 faiz itirib.

Nəticədə Amazonun rəhbəri 19,2 milyard dollar ziyana düşüb.

Bezosun sərvəti hazırda 128,1 milyard dollar qiymətləndirilir. Buna baxmayaraq, milyarder dünyanın ən varlı adamlarının siyahısında birinciliyini qoruyub saxlayıb.

Bundan əvvəl, iyul ayında Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zusqerberq iki gündə rekord miqdarda – 16,5 milyard dollar itirmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}