16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Gömrük Komitəsində 27 milyard manat mənimsənilib - Açıqlama
Tarix: 05-11-2018 12:28 | Bölmə: İqtisadiyyat
Gömrük Komitəsində 27 milyard manat mənimsənilib

Bu il Gömrük Komitəsinin malların idxalından 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub?

Reyting.az bildirir ki, bunu deputat Vahid Əhmədov parlamentdə gələn ilin dövlət büdcəsi layihəsinin komitələrdə müzakirəsi zamanı bəyan edib.

Onun fikrincə, bunun səbəbi Gömrük Komitəsində aparılan kadr siyasəti ilə bağlıdır: “Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınması məqsədilə büdcəyə 1 milyard vəsait daxil olub. Azərbaycan 27 ildir müstəqil dövlətdir. Hər il bir milyard daxil olsaydı, görün bu təkcə gömrük sahəsindən 27 milyard pul edirdi. Ancaq bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir. Qeyd edim ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox böyükdür. Mən burada rəqəmi açıqlamaq istəmirəm. Bunu aradan qaldırmaq üçün ciddi işlər görülməlidir”.

Gömrük Komitəsində 27 milyard manat mənimsənilib

Vahid Əhmədov dövlət borcu ilə bağlı məsələyə də toxunub. O bildirib ki, dövlət zəmanətilə verilən borcları, kreditləri onu alan həmin qurum özü həll etməlidir, özü qaytarmalıdır: “Kredit verilib, götürmüsən, canın sağ olsun, indi zəhmət çək, vaxtında da ödə. Bunu dövlətin, Maliyyə Nazirliyinin üzərinə atma. Ona görə hesab edirəm ki, bu məsələdə ciddi şəffaflıq təmin olunmalıdır, zəmanət verilən qurumların fəaliyyətinə, ciddiliyinə fikir yetirmək lazımdır. Hər kəsə dövlət zəmanəti ilə kredit verilməməlidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}