10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Ölkəmizdə böyük vergi islahatı olacaq - Nazir
Tarix: 05-11-2018 13:31 | Bölmə: İqtisadiyyat
Ölkəmizdə böyük vergi islahatı olacaq

“Növbəti ildə faktiki olaraq böyük vergi islahatına gedirik. Bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır. Müəyyən müddət ərzində dövlət büdcəsinin müəyyən gəlirindən faktiki olaraq imtina edirik”.

Reyting.az
-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə komitələrin birgə iclasında deyib. Nazir bildirib ki, onlar iqtisadiyyatda şəffaflaşma baş verməsi, kölgə iqtisadiyyatının tədricən azaldılması və sahibkarlarda stimul yaradılması üçün edirlər.

Ölkəmizdə böyük vergi islahatı olacaq

“Sahibkarları həvəsləndiririk ki, onlar da bu addımı dəstəkləsinlər. Sosial sığorta haqlarının işçi və işəgötürən arasında bölgü məsələsinə toxunmuşuq. Bunlardan sonra belə, Dövlət Neft Fondundan transfert əhəmiyyətli dərəcədə artmır".

O qeyd edib ki, əvvəllər Dövlət Neft Fondunun xətti ilə bir sıra layihələr maliyələşdirilirdi. Qeyd edib ki, indi bunlar dövlət büdcəsi ilə maliyyələşdiriləcək.

Onu da qeyd edək ki, vergilər naziri Mikayıl Cabbarov da Milli Məclisin komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında çıxış edib. Onun sözlərinə görə, Vergilər Nazirliyi vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişləndirilməsini proqnozlaşdırır.

Ölkəmizdə böyük vergi islahatı olacaq

"Qarşımızda duran əsas məqsəd iqtisadi artımın təmin edilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi, özəl investisiyaların səmərəli təşviqidir. Bu məqsədlə bərabər vergi yükünün təmin edilməsi qarşımızda duran əsas vəzifə kimi qəbul edilib. Qeyri-neft sektorunda nəzərdə tutulan vergi güzəştlərinin islahatı da buna yönəlib. Əmək bazarının və əmək haqqı sisteminin şəffaflaşdırılması üçün güclü vergi stimullarının yaradılmasını düşünürük".

Nazir bildirib ki, vergidənyayınma miqyasının azaldılması üçün mal dövriyyəsinin sənədləşdirilməsi, aksizli malların dövriyyəsinə nəzarətin güclənməsi kimi istiqamətlər də müəyyənləşib.

"Vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişlənmdirilməsi, vergi ödənişlərinin optimalllaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, ayrı-ayrı sahələrin iqtisadi inkişafını təmin etmək üçün güzəştlərin tətbiqi kimi istiqamətlər müəyyən olunub",- deyə nazir qeyd edib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}