İrana sanksiyalar Bakıda mənzil bazarında qiymətlərə təsir göstərəcək
Tarix: 05-11-2018 19:13 | Bölmə: İqtisadiyyat
İrana sanksiyalar Bakıda mənzil bazarında qiymətlərə təsir göstərəcək

Noyabrın 5-dən ABŞ-ın İrana qarşı sanksiyaları qüvvəyə minir.

Reyting.az bildirir ki, Demokratiya və Rifah Hərəkatının rəhbəri, tanınmış iqtisadçı Qubad İbadoğlu bu sanksiyaların Azərbaycana təsirlərinin ictimai maraq doğuracağını nəzərə alaraq bəzi fikirlərini açıqlayacaq.

Onun fikrincə, əvvəla, sanksiya Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisində çətinliklər yaradacaq.

İrana sanksiyalar Bakıda mənzil bazarında qiymətlərə təsir göstərəcək

“Azərbaycan üzərindən Rusiya-İran ticarət-investisiya münasibətlərinə mənfi təsir göstərəcək. Eləcə də İranla-Azərbaycan arasında rəsmi iqtisadi əlaqələr də zəifləyəcək. Lakin bu sanksiya İran mənşəli sərmayələrin və köçürmələrin Azərbaycan üzərindən həyata keçirilməsini stimullaşdırmaqla, Azərbaycan iqtisadiyyatına müsbət impulslar verəcək. Xüsusilə də Azərbaycanın paytaxtı Bakı şəhərinin əmlak və kapital bazarına İrandan sərmayələr artacaq. Bu təbii ki, mənzil satışı və kirayə bazarında qiymətlərə artırıcı təsir göstərəcək, amma valyuta bazarında sabitləşdirici rol oynayacaq. Bununla yanaşı, Azərbaycanda İran mənşəli biznes fəaliyyətləri də genişlənəcək, bir sözlə İrandan "qaçan" kapital Azərbaycanda bazar axtaracaq”, - Qubad İbadoğlu vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}