07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Maliyyə naziri təhsil kreditləri problemindən danışdı
Tarix: 06-11-2018 14:05 | Bölmə: İqtisadiyyat
Maliyyə naziri təhsil kreditləri problemindən danışdı

Maliyyə naziri Samir Şərifov Milli Məclisdə gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı təhsil kreditləri məsələsindən danışıb.

Reyting.az-ın xəbərinə görə, nazir etiraf edib ki, Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayında azalma var

Onun sözlərinə görə, bu azalmaların qarşısının alınması üçün dövlət büdcəsindən 2019-cu ildə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur: “Bu, 2019-2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olanlara şamil olunacaq”.

Maliyyə naziri təhsil kreditləri problemindən danışdı

Nazirin fikrincə, digər məsələ təhsil kreditləri ilə bağlıdır: “Bu yeni məsələ deyil, artıq neçə ildir ki, bunun müzakirəsi aparılır. Problem ondadır ki, bir tərəfdən təhsil krediti alanların həmin o krediti qaytarması məncə, böyük bir sualdır. Bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. Yaxşı buna dövlət müdaxilə etsə, bəri başdan etiraf edək ki, bu kreditlər qaytarılmayacaq.

Xaricdə bu məsələ belə qurulub. Kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlərdən banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar deməzdim ki, problemi kütləvi şəkildə həll edəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}