12:06 / 13-11-2018
Sabahın hava proqnozu
Hökumət ev toyuqlarına görə rüsum alacaq - Qərar
Tarix: 08-11-2018 11:53 | Bölmə: İqtisadiyyat
Hökumət ev toyuqlarına görə rüsum alacaq

Azərbaycana idxal edilən ev toyuqlarına (Gallus domesticus) gömrük rüsumu tətbiq olunacaq.

Reyting.az
-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qeyd edək ki, indiyədək ölkəyə idxal edilən ev toyuqlarına (Gallus domesticus) gömrük rüsumu tətbiq olunmurdu. Dəyişikliklə 2019-cu ilin dekabrın 15-dək idxal edilən toyuğun hər 1 000 ədədinə 100 ABŞ dolları gömrük rüsumu tutulacaq.




Bölməyə aid digər xəbərlər