23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Dövlətin 83 əmlakı hərraca çıxarılıb - Siyahı
Tarix: 12-11-2018 16:33 | Bölmə: İqtisadiyyat
Dövlətin 83 əmlakı hərraca çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsinin dekabrın 11-də keçirəcəyi növbəti hərraca 83 dövlət əmlakı çıxarılıb. Onlardan 35-i kiçik dövlət müəssisə və obyek[center][/center]ti, 21-i qeyri-yaşayış sahəsi, 7-si nəqliyyat vasitəsi, 20-si səhmdar cəmiyyətidir.

Reyting.az
Dövlət Komitəsinə istinadla xəbər verir ki, hər bir investora maraqlı ola biləcək kiçik dövlət müəssisə və obyektləri respublikanın Qazax, İmişli, Şəki və digər bölgələrindədir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 12 kvadratmetr ilə 11 min 266 kvadratmetr arasında dəyişir. Ən yüksək ümumi faydalı sahəyə malik olan dövlət əmlakı Balakən şəhəri, Atatürk prospektindədir.

Qeyd edilən ünvandakı əmlak kompleksi ümumi ərazisi 37 min 602 kvadratmetr olan torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. Fərqli biznes istiqamətlərində investora gəlir qazandıra biləcək yüksək potensiallı bu obyektin ilkin hərrac qiyməti 715 min manatdır.

Daha az büdcə ilə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən vətəndaşlar üçün də imkanlar var. Belə ki, bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 5,8 kvadratmetr və 287,9 kvadratmetr intervalındadır. Müxtəlif sahələr üzrə ofis və xidmət obyekti kimi istifadəyə imkan verən dövlət əmlaklarından 12-si Bakıda, 4-ü Sumqayıtda, digərləri isə Gəncə, Ağdaş və Daşkəsəndə yerləşir.

Paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Y. Eyvazov küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 147 kvadratmetrdir.

Budəfəki hərraca çıxarılan “Kia”, “Daewoo”, “Mercedes” və “Mitsubishi” kimi markalardan olan avtomobillərin buraxılış tarixləri 2005-2008-ci illərdir.

Özəlləşdiriləcək səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketlərinin ümumi həcminə gəlincə, bu, 30-45 faiz arasındadır. “Azərmetalinvest”, “Lerik Kəndkimya”, “Şəki Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlərinin ticarət, kəndkimya, nəqliyyat, tikinti-inşaat kimi sahələr üzrə fəaliyyət imkanları mövcuddur.

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərraclarda iştirak etmək istəyən vətəndaşlar Komitənin rəsmi saytı (emdk.gov.az), sosial şəbəkələrdəki səhifələri və Özəlləşdirmə portalından (privatization.az) ətraflı məlumat əldə edə bilərlər. Göstərilən mənbələrə yerləşdirilmiş dövlət əmlakları haqqında məlumatlarla tanış olmaqla yanaşı, elektron sifariş vermək və hərracda onlayn iştirak etmək kimi imkanlar da mövcuddur.

Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, təşkil olunan açıq və şəffaf hərraclarda hər kəs iştirak edərək əmlak sahibi ola bilər. Özəlləşdirilməyə çıxarılan dövlət əmlaklarının ölkənin bir sıra regionlarında yerləşməsi və müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərməsi investorların seçim imkanını artırır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}