23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
HSŞ üzrə Komissiya illik hesabatı təsdiqləyib
Tarix: 26-11-2018 17:15 | Bölmə: İqtisadiyyat
HSŞ üzrə Komissiya illik hesabatı təsdiqləyib

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNŞ) vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların və ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətləri nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.

ARDNŞ-dən Reyting.az-a verilən məlumata görə, iclasda 2017-ci il üzrə HSŞ hesabatının yekun versiyası iştirakçılara təqdim edilib, 2017-ci il üzrə İcmal HSŞ hesabatının mətni müzakirə edilərək təsdiqlənib.

Bunlarla yanaşı, Benefisiar Sahiblik məlumatlarının açıqlanması üzrə layihənin icrası, HSŞ-nin dövlət qurumlarının gündəlik işinə inteqrasiyası (EIT Mainstreaming) və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}