Hesablama Palatası ilə Dünya Bankı əməkdaşlığa başlayır - Saziş
Tarix: 10-12-2018 18:29 | Bölmə: İqtisadiyyat
Hesablama Palatası ilə Dünya Bankı əməkdaşlığa başlayır

Hesablama Palatası və Dünya Bankı arasında "Dövlət Satınalmaları sahəsində Tematik Audit Yoxlaması"nın planlaşdırılması və həyata keçirilməsi məqsədi ilə Qarşılıqlı Anlaşma Sazişi imzalanıb.

Hesablama Palatasının məlumatına görə, imzalanan sazişə əsasən, tərəflər Dünya Bankının maliyyələşdirdiyi layihələrin icra sonrası satınalmalar üzrə təhlilinin keçirilməsinə dəstək verilməsi, satınalmalar üzrə səmərəli audit yoxlamalarının aparılması üçün elektron forma, idarəetmə vasitələri və məlumatların təhlili üçün proqram təminatı ilə təchiz edilməsinə yönəldilməklə "Dövlət Satınalmaları sahəsində Tematik Audit Yoxlaması"nın planlaşdırılması və həyata keçirilməsi prosesinin əlaqələndirilməsi məqsədi ilə əməkdaşlıq edəcəklər.

Eyni zamanda Dünya Bankı Hesablama Palatası əməkdaşlarının analitik qabiliyyət və bacarıqlarının gücləndirilməsi və analitik yönümlü proqram təminatının işlənib hazırlanması məqsədi ilə texniki yardım göstərməyi öz üzərinə götürüb.

İdarəçilik təcrübəsinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması Dünya Bankı və Hesablama Palatası arasında uzunmüddətli və dayanıqlı münasibətlərin formalaşdırılmasına zəmin yaradacaqdır.

Saziş 3 il qüvvədə olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}