12:13 / 16-02-2019
Alimsayağı sual - Hekayə
İstehlak məhsullarının qiyməti artıb - Statistika
Tarix: 08-02-2019 17:19 | Bölmə: İqtisadiyyat
İstehlak məhsullarının qiyməti artıb

2019-cu ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin yanvar ayına nisbətən 1,7 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, həmçinin ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4 faiz artıb.

Cari ilin yanvar ayında 2018-ci ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb.

Ötən ilin dekabr ayı ilə müqayisədə, cari ilin yanvar ayında düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun və mal ətinin, suda bişmiş kolbasanın, balıq məhsullarının, süd məhsullarının, kərə və bitki yağlarının, limonun, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, qozun, fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, kartofun, soğanın, şəkər və şəkər tozunun, enerji içkilərinin, spirtli içkilərin qiymətlərində bahalaşma olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər