17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycanda bank əmanətlərinin sayı açıqlandı - Deputat
Tarix: 27-02-2019 13:07 | Bölmə: İqtisadiyyat
Azərbaycanda bank əmanətlərinin sayı açıqlandı

Azərbaycan banklarında ümumilikdə 7 milyon 400 min əmanət var.

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

Bu rəqəmi həm də əmanətçilərin sayı kimi də qəbul etdikdə, 7 milyon 400 min rəqəmi ölkə əhalisi ilə nisbətdə çox böyük görünür. Amma bir nəfərin bir neçə bankda əmanətinin olduğunu nəzərə aldıqda, onda həmin şəxsin bir neçə yerdə ayrıca əmanətçi olaraq qeydə alındığını da söyləmək mümkündür. Bu da, təbii olaraq, əmanətçi sayının xeyli yüksəlməsini rəsmiləşdirib.

Azərbaycanda bank əmanətlərinin sayı açıqlandı

Hadi Rəcəbli qeyd edib ki, 7 milyon 400 min əmanət sayı ölkə əhalisinin 74 faizini təşkil edir:

“Bu yaxınlarda “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edildi və Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 1 il – 2020-ci ilin martın 4-nə qədər artırıldı. Hesab edirəm ki, həmin müddətin uzadılması bankların fəaliyyətinin tənzimlənməsi baxımından da faydalıdır. Bu müddətin uzadılmasına görə də ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Milli Məclisin fevralın 19-da keçirilən plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliyə görə, vətəndaşların banklarda saxlanılan əmanətlərinin tam sığortalanması müddəti 2020-ci il martın 4-dək uzadılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}