13:39 / 18-04-2024
Məhkəmə kokain kralı ilə bağlı qərar verib
13:12 / 18-04-2024
İki kluba texniki məğlubiyyət verilib
12:58 / 18-04-2024
Süni intellektdən qoruna biləcək sahələr sadalanıb
12:48 / 18-04-2024
Müəllimlərin sertifikatlaşdırılması başlayır
12:46 / 18-04-2024
400-ə yaxın müəllim öz ərizəsi ilə işdən azad edilib
12:24 / 18-04-2024
İsrail İrana zərbəni niyə ləngidir?
12:19 / 18-04-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:10 / 18-04-2024
Energetika naziri ABŞ-a gedib
11:56 / 18-04-2024
Ukrayna ilə bağlı vacib qərar... - Avropa liderləri təcili tədbir görəcək
11:51 / 18-04-2024
46 mindən çox şagird buraxılış imtahanı verəcək
11:39 / 18-04-2024
Keçid balları qalxır? - Açqılama (Video)
11:33 / 18-04-2024
Ukrayna Rusiyanın uzaq ərazilərini hədəf seçir - Foto
11:17 / 18-04-2024
Komitə sədri: "Bədxassəli şişlərin əmələ gəlməsində trans yağlar əsas rol oynayır"
11:09 / 18-04-2024
Prezident nazir müavini təyin edib - Sərəncam
10:57 / 18-04-2024
60 milyard dollarlıq yardımın önü açılır
10:56 / 18-04-2024
Qırğızıstanda "TikTok"a giriş məhdudlaşdırılıb
10:40 / 18-04-2024
Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb
10:39 / 18-04-2024
Paşinyan: “Ermənistanın müstəqil dövlət olması üçün özümü qurban verməyə hazıram”
10:21 / 18-04-2024
Bakıda azyaşlı qıza hədə-qorxu gələn iki nəfər saxlanılıb
10:17 / 18-04-2024
Konfrans Liqası: “Fənərbağça” bu gün yunan komandası ilə "döyüşəcək"
10:00 / 18-04-2024
Dövlət Departamenti Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinə münasibət bildirib
09:45 / 18-04-2024
Yeni model avtomobil həvəskarlarını heyran edir - Fotolar
09:43 / 18-04-2024
Xankəndidə yenə silah-sursat aşkarlanıb
09:06 / 18-04-2024
Bayden Ukraynaya yardım paketini dəstəkləyib
09:03 / 18-04-2024
Ağdamda minaatan qurğular tapılıb
09:03 / 18-04-2024
Tbilisidə mitinq başa çatıb
09:00 / 18-04-2024
Kolumbiya da BRİCS-ə maraq göstərir
08:57 / 18-04-2024
Donald Tramp sülh vasitəçisi ola bilər
21:57 / 13-04-2024
Nəhəng rəqəmsal kamera kainatı araşdıracaq - Fotolar
22:08 / 13-04-2024
Nadir heyvan növü insan ovcuna yerləşir
00:07 / 14-04-2024
İran İsrailə PUA-larla hücum edib
00:02 / 15-04-2024
Ceyhun Bayramov Özbəkistana gedib - Yenilənib
18:06 / 14-04-2024
İordaniya Kralı COP29-a dəvət olunub
20:08 / 15-04-2024
Rusiya Ukrayna ilə savaşa özgələri göndərir
21:49 / 13-04-2024
Məşhur müğənni ağır xəstəlikdən əziyyət çəkir - Foto
23:11 / 14-04-2024
Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14:18 / 14-04-2024
Azərbaycan və İordaniya müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalayıb
14:12 / 13-04-2024
Sabah hava necə olacaq? - Proqnoz
18:51 / 15-04-2024
“Şəhid Əhməd – Oğluma məktub” filminin təqdimatı keçirilib - Fotolar
09:07 / 14-04-2024
Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
Kredit aministiyası: MDB təcrübəsi və Azərbaycan variantı - Təhlil
Tarix: 04-03-2019 13:52 | Bölmə: İqtisadiyyat
Prezident İlham Əliyevin dollar kreditləri iə bağlı fərmanı böyük bir insan qrupunu (500 mindən çox) əhatə etdiyindən sənədi “kredit aministiyası” kimi dəyərləndirmək olar. 2015 devalvasiyasından sonra gözlənilən fərman nəhayət ki, verildi.
Fərmanda nəzərdə tutulan kompensasiyalar üçün 700 milyon manata yaxın vəsait ayrılacaq. Təbii ki, balaca məbləğ deyil və bu il üçün nəzərə tutulan minimum əmək haqqı və pensiyanın, təqaüd və müavinətlərin artırılmasının maliyyə tutumuna (882 milyon manatdır) yaxın bir məbləğdir.
MDB ölkələrində devalvasiyadan sonra hökumətlərin verdiyi təzminat təcrübəsini təhlil etsək, Azərbaycan variantının daha çox sosial və iqtisadi tutumlu olması üzə çıxır.
Birincisi, MDB məkanında devalvasiya ziyanları bank, müştəri və dövlər arsında bölüşdürülürdü. Şərti olaraq, müştəri devalvasiya nəticəsində banka müqavilədən 150 dollar artıq ödəniş etmişdisə, bu ziyanın 50 dollarını bank, 50 dollarını müştəri, 50 dollarını isə dövlət qarşılayırdı. Ancaq Azərbaycan variantında bu zərərin hamısını dövlət öz üzərinə götürdü. Konkret desək, dollar kreditləri devalvasiyadan əvvəl mövcud olmuş 1 dollar=78 qəpik məzənnəsi ilə hesablanacaq.
İkincisi, bankların maliyyə imkanları yaxşılaşdı. Çünki dövlət vətəndaşlar qədər banklara da dəstək verdi. Bu devalvasiyadan sonra maliyyə çətinlikləri yaşayan bankların maliyyə göstəricilərini yaxşılaşdırmaq üçün yeni maliyyə resursları qazandılar. Bu Beynəlxalq Bank əməliyyatından sonra bu hökumətin bank sektorunun fəaliyyətindən dolayı 2-ci ən böyük yardım paketidir.
Üçüncüsü, devalvasiyadan sonra bank sisteminin kredit seqmenti kəskin zəifləmişdi. Devalvasiya şokunu yaşamış insanlar bank kreditlərindən qaçırdılar. Bu banklar normal fəaliyyəti üçün çətinliklər yaradırdı. Bu fərman həm də bu psixoloji diskomfortu aradan qaldırdı. Güman ki, yaxın vaxtlarda kredit bazarı yenidən canlanacaq. Bu həm kiçik biznesin inkişafına müyyən stimullar verəcək.
Gözləntilərin əksinə olaraq , prezident fərmanında kredit təzminatlarının ödənilməsi üçün maliyyə mənbəyi kimi Dövlət Neft Fondu və ya Prezidentin Ehtiyat Fondu yox, dövlət büdcəsi göstərilir. Buna qədər minimum əmək haqqı və pensiyanın, təqaüd və müavinətlərin artırılması ilə bağlı prezident sərəncamları olmuşdu. Bu sərəncamların maliyyə tutumu 882 milyon manatdır və avtomatik olaraq dövlət büdcəsinə bağılanır.
Deməli, bu qərarların icrası üçün zərurui olan 1,5 milyard manat dövlət büdcəsi hesabına ödəniləcək. Bu, 2019-cu ilin dövlət büdcəsi xərclərinin (25,2 milyard manat) 6 faiz artımı deməkdir. Yəni ya dövlət büdcəsinin xərclərinə yenidən baxılmalı, ya da büdcənin indiki xərclərinin strukturu dəyişməlidir.
Maliyyə naziri Samir Şərifov KİV-ə açıqlamasında bildirib ki, Azərbaycanda bu ilin əvvəlindən əhalinin sosial müdafiəsi məqsədi ilə görülən tədbirlərin – minimum əmək haqqı və pensiyanın, təqaüd və müavinətlərin artırılmasının maliyyə tutumu 882 milyon manatdır: Bu vəsait dövlət büdcəsində formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcək və bu səbəbdən büdcəyə yenidən baxmağa ehtiyac yoxdur.
Yəqin ki, nazirin məlum çıxışı zamanı büdcə və maliyyə məsələləri ilə bağlı açıqlamalarının məntiqi nəticəsi olaraq konkret əlavə rəsmi məlumatlar da veriləcəkdir. Bu prizmadan yanaşdıqda qeyd etmək olar ki, aparılan sosial islahatların əsas maliyyə mənbəyi büdcədə islahatlarla bağlı nəzərdə tutulan ehtiyat vəsaitlər olacaqdır.
Bundan başqa, 2019-cu ilin yanvar ayında büdcəyə vergi və gömrük daxilolmalarından əlavə 105 milyon manat vəsait toplanıb. Hesab edirəm ki, faktiki olaraq qarşıdakı aylarda da gözlənilən vergi və gömrük daxilolamlarından proqnozdan artıq yığılan vəsaitlər ehtiyat məbnə rolunu oynaya bilər. Bu baxımdan fikrimcə, büdcə xərclərinin 6 faiz artımını, yəni 1,5 milyardlıq yeni xərcləri qarşılamaq qeyd etdiyim mənbələr hesabına mümkündür.
Bəzi ekspertlər belə hesab edir ki, bu artımlardan sonra dövlət büdcəsinə yenidən baxılması barədə qərar qəbul edilməlidir. Ancaq fikrimcə, buna hüquqi zəmin yoxdur. Büdcə sistemi haqqında” qanunun 23-cu maddəsinin (Dövlət büdcəsinə yenidən baxılma və xərclərə sekvestr tətbiq olunmas) 4-cü maddəsinə əsasən, “Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin rüblük göstəricilərinə görə bu Qanunun 17.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş göstəricilərdən 10 faiz və ya bu daxilolmalar Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfert istisna olmaqla, müəyyən olunmuş rüblük göstəricilərdən 5 faiz az olduqda, dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda və həmin halların bu Qanunun 18.4-cü, 18.5-ci, 18.6-cı və 19.6-cı maddələrində nəzərdə tutulan dəyişikliklər aparılmaqla aradan qaldırılması mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) cari ilin dövlət büdcəsinə yenidən baxılaraq sekvestr tətbiq olunması və (və ya) dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin çatışmayan hissəsinin təmin edilməsi məqsədilə büdcə qaydasının tətbiqinin dayandırılması barədə qanunvericilik təşəbbüsü qaydasında oktyabr ayının 25-dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qarşısında məsələ qaldırır”.
İndiki halda dövlət büdcəsinin gəlirlərinin azalmasından söhbət getmir. 2019-cu ildə büdcə gəlirləri 22,4 milyard manat nəzərdə tutulub. Ortalama hər ayın gəlir proqnozu 1,9 milyarda manatdır. Yanvarda isə aylıq proqnoz 5,5 faiz çox icra edilib. Yəni bu epizod üzrə büdcə gəlirlərində azalma yox, artım tendensiyası var. Düzdür, bu hələ rüblük göstərici deyil. Elə ona görə də rüb başa çatmamış hansısa rəy bildirmək düzgün deyil.
Maliyyə nazirinin açıqlamasındakı başqa bir nüans da, diqqəti cəlb edir. Bu, son zamanlar bəzi şəxslər tərəfindən hökumətin hansısa maraq xatirinə bu islahtlara getdiyi ilə bağlı səsləndirdiyi fikirlərlə bağlıdır. Bu kökündən yanlışdır. Bu barədə maliyyə nazirinin vurğuladığı kimi “Bəzən deyirlər ki, kimlərsə hökuməti artımlara getməyə vadar edib. Boş söhbətlərdir. Bu işlər əvvəlcədən planlaşdırılmışdı. Söhbət sadəcə həmin vəsaitdən nə zaman istifadə edilməsindən gedə bilər. Dövlət başçısının qərarına uyğun olaraq istənilən vaxt həmin vəsait hesabına maliyyələşdirməyə başlaya bilərik və martın 1-dən bu oldu”.
Maliyyə nazirinin açıqlamasını struktur islahatlarını davam edəcəyinin anonsu kimi də dəyərləndirmək olar. Böyük miqyaslı sosial layihələrin büdcə xərclərinin optimallaşdırılması hesabına həyata keçirmək təbii ki, yaxşıdır və büdcənin izafi yüklənməsinin qarşısını alır.
Prezidentin sözügedən fərmanı devalvasiyaya qədər 10.000 dollara qədər kredit götürən fiziki şəxslərə şamil edilib. Yaxşı olardı ki, 10.000 dollardan yuxarı kredit götürən fiziki şəxslər və dollarla biznes krediti götürən hüquqi şəxslərin də devalvasiya ziyanların qarşılanması ilə qərarlar qəbul edilsin. Bu həm də ölkədə kiçik biznesin inkişafına dəstək olardı. Ümid edək ki, hökumət bununla da bağlı qərarlar qəbul edəcək.
Qadir İBRAHİMLİ
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:10
Energetika naziri ABŞ-a gedib
Bu gün, 09:00
Kolumbiya da BRİCS-ə maraq göstərir
Dünən, 12:07
Deputat cərimələrin artırılmasını tələb edir
Dünən, 09:02
Naxçıvanda dövlət orqanlarında yoxlamalar başlayıb
16-04-2024, 18:02
Azərbaycan Serbiyaya təxminən 6,3 milyon kubmetr qaz tədarük edib
16-04-2024, 15:20
Azərbaycanın xarici ticarət dövriyyəsi açıqlanıb
16-04-2024, 10:26
60 min tondan çox təhlükəli tullantı zərərsizləşdirilib
15-04-2024, 18:01
Akademiyada Novruz bayramı aprel ayında keçirilir - 14 minlik şübhəli tender gündəmə çevrilib
15-04-2024, 17:53
Ən çox şikayət edilən bankların adları bəlli olub - Siyahı
15-04-2024, 17:47
Məşhur şirkət Rusiyadakı aktivlərini satıb
15-04-2024, 16:52
Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib
15-04-2024, 16:34
Aqrar sığorta sahəsində hesabatlılıq pozulub
15-04-2024, 14:58
DSMF-də 6,5 milyon manatdan çox vəsait mənimsənilib
15-04-2024, 11:37
Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb
14-04-2024, 23:11
Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
12-04-2024, 21:33
Dünyanın ən böyük hava limanı tikiləcək - Foto
10-04-2024, 12:43
Yeni şəhər inşa olunur - Foto
9-04-2024, 14:07
Deputatın şirkəti Milli Onkologiya Mərkəzinin 5.2 milyonluq daha bir tenderini "qapazlayıb"
9-04-2024, 09:34
İqtisadi Şuranın növbəti iclası keçirilib - Foto
8-04-2024, 15:52
Bakı Metropolitenində yoxlama aparılacaq
8-04-2024, 14:53
ABŞ Çin banklarını sanksiyalarla hədələyir
8-04-2024, 13:17
Əksər ölkələrdə ərzaq inflyasiyası davam edir
8-04-2024, 11:10
11530 məcburi köçkünün vahid aylıq müavinəti dayandırılıb
6-04-2024, 18:00
Ən çox şikayət edilən sığorta şirkətlərinin adı bəlli olub - Cədvəl
6-04-2024, 11:13
Siqaret idxalı sahəsində yeni tələb qoyulub
5-04-2024, 15:41
Əli Əsədov ezamiyyə xərcləri ilə bağlı qərar imzalayıb
5-04-2024, 13:58
DTX-nin xaricdəki nümayəndələri vergidən azad olunacaq
5-04-2024, 13:40
Dərmanlar üçün ƏDV-nin ləğvi təklif olunur
5-04-2024, 13:15
Rusiya iqtisadiyyatı ilə bağlı proqnozlar təsdiqini tapmır
5-04-2024, 10:38
Ödəniş əməliyyatlarının aparılma qaydası təsdiqlənib
4-04-2024, 23:41
“Brent” markalı neftin qiyməti 91 dolları ötüb
3-04-2024, 14:25
Mərkəzi Bank "Veysəloğlu" ilə məhkəmədə çəkişir - Qalmaqal
3-04-2024, 11:57
Baş idarəyə rəis təyinatı olub
2-04-2024, 18:45
Ərazi vergilər idarələrinə yeni rəislər təyin edilib
2-04-2024, 10:48
Naxçıvanda Nazirlər Kabineti yeni qərarlar verib
2-04-2024, 09:53
İndoneziya BRİCS-ə daxil olmağa hazırlaşır
1-04-2024, 21:18
Turistlərdən əlavə pul tələb olunacaq
1-04-2024, 19:57
Rusiyaya qarşı sanksiyalar Avropaya ciddi ziyan vurub
1-04-2024, 18:03
DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad olunur
1-04-2024, 17:18
“Zaloğlu İnşaat” 20 min manat cərimələnib
1-04-2024, 16:39
Buğdanın qiymətində fantastik artım ola bilər
1-04-2024, 15:15
Mərkəzi Bank valyuta ehtiyatlarını artırıb
1-04-2024, 14:37
Rumıniya 2024-cü ildə ukraynalı qaçqınlara vəsait ayırmayıb
30-03-2024, 18:44
AYNA: "Yaşı 15 ildən aşağı olan maşınlar iyulun 1-ə qədər qeydiyyatdan keçirsə..."
29-03-2024, 14:15
Kişilərin diqqətinə: 5 il tez pensiyaya çıxa bilərsiniz