Şəkidə yeni hava limanı inşa olunacaq
Tarix: 06-03-2019 20:11 | Bölmə: İqtisadiyyat
Şəkidə yeni hava limanı inşa olunacaq

“Azərbaycan Hava Yolları” (AZAL) QSC 2022-2023-cü illərdə Şəki şəhərində yeni hava limanı inşa etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

“Hazırda Şəki hava limanı yalnız bütün növ helikopterləri qəbul edə və göndərə bilir. Bununla belə, hava limanının fəaliyyətinin tam həcmdə bərpası (təyyarələrin qəbulu üçün – İF) mümkünlüyü nəzərdən keçirilir. “Azərbaycan Hava Yolları” QSC-nin 2018-2025-ci illəri əhatə edən Strateji İnkişaf Planına əsasən 2022-2023-cü illərdə Şəkidə yeni hava limanının inşası planlaşdırılır”, – deyə məlumatda qeyd olunur.

Bu layihənin həyata keçirilməsi dövlət büdcəsindən maliyyələşdirilmə hesabına mümkün olacaq.

“Əvvəlcə ən yaxın Qəbələ və Zaqatala beynəlxalq hava limanları vasitəsilə Şəki şəhərindən və ona bitişik yaşayış məntəqələrindən sərnişin daşımaları və regiona turist axını göstəricilərini öyrənmək lazımdır”, – deyə məlumatda vurğulanır.

Hazırda Azərbaycanın müxtəlif bölgələrində 6 beynəlxalq hava limanı fəaliyyət göstərir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}