Həmyerlilərimiz BP-də yüksək vəzifəyə təyin olunublar - Foto
Tarix: 28-03-2019 23:58 | Bölmə: İqtisadiyyat
Həmyerlilərimiz BP-də yüksək vəzifəyə təyin olunublar

BP Azərbaycan şirkətinin iki əməkdaşı yüksək vəzifələrə təyinat alıb.

Şirkətdən verilən məlumata görə, həmin kadrlardan biri hazırda əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə vitse-prezidenti olan Orxan Quliyevdir. O. Quliyev bu ilin 1 iyun tarixindən BP-nin Rumaila bölümündə baş menecer vəzifəsində çalışacaq.

Bu yeni vəzifədə Orxan Quliyev BP-nin İraqdakı Apstrim biznes bölümünə rəhbərlik edəcək. O, Yaxın Şərq üzrə rəhbərlik qrupunun üzvü və qlobal əməliyyatlar təşkilatının geniştərkibli rəhbərlik qrupunun üzvü olacaq.

Digər yüksək vəzifəyə təyin olunan həmvətənimiz Rəhman Rəhmanov 1 aprel 2019-cu ildən etibarən Apstrim, qlobal layihələr təşkilatında layihələrin idarə olunması üzrə vitse-prezident vəzifəsində çalışacaq.

Həmyerlilərimiz BP-də yüksək vəzifəyə təyin olunublar

Yeni vəzifəsində layihələrin həyata keçirilməsinə dəstək olaraq layihələrin idarə olunması, layihə xidmətləri, keyfiyyət, risklər, tikinti və istismara təhvil vermə ilə əlaqədar ixtisaslaşma sahələri və funksional bölmələr üzrə gündəlikdə duran məsələlərin həll edilməsinə cavabdeh olacaq. O, qlobal layihələr təşkilatının texniki funksiyalar üzrə rəhbərlik qrupunun üzvü olacaq və layihələrin idarə olunması çərçivəsində ixtisaslaşma sahələri üzrə bacarıqların artırılması forumuna, eləcə də layihələrin idarə olunması şəbəkəsinə rəhbərlik edəcək.(Unikal.org)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}