07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Kənd təsərrüfatı məhsulları və ərzaq istehsalçılarının işi asanlaşdı - Dəyişiklik
Tarix: 11-04-2019 09:42 | Bölmə: İqtisadiyyat
Kənd təsərrüfatı məhsulları və ərzaq istehsalçılarının işi asanlaşdı

Prezident İlham Əliyev ərzaq təhlükəsizliyini təmin edəcək bir sıra qanunlara dəyişiklik edib.

Dəyişikliklər “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Fərmanın icrasının təmin olunması məqsədi ilə edilib.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 11.33-1-ci bənd əlavə edilib:

“tabeliyində olan qurum vasitəsilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirir, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edir;”.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” prezident Fərmanında aşağıdakı dəyişikliklər olunub:

2.1. 4-cü hissədə “Ərzaq məhsullarının tədarükü və təchizatı” sözləri “Aqrar tədarük və təchizat” sözləri ilə əvəz edilib;

2.2. 4.1-ci bənd ləğv edilib;

2.3. həmin Fərmanla təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası” üzrə:

2.3.1. 3.3-cü bənddə “Ərzaq məhsullarının tədarükü və təchizatı” sözləri “Aqrar tədarük və təchizat” sözləri ilə əvəz edilib;

2.3.2. 3.6.1-ci yarımbənddə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin elektron portalında” sözləri “elektron portalda” sözləri ilə əvəz edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}