Qubad İbadoğlu: “Türkiyə iqtisadiyyatı riskli fazaya daxil olub”
Tarix: 13-04-2019 22:59 | Bölmə: İqtisadiyyat
Qubad İbadoğlu: “Türkiyə iqtisadiyyatı riskli fazaya daxil olub”

Türkiyə iqtisadiyyatı mürəkkəb və riskli fazaya daxil olub. Ötən ili 2,6 faiz artımla başa vursa da, 2009-cu ildən sonra ilk dəfə bu il üçün tənəzzül müşahidə olunur.

Reyting.az
-ın məlumatına görə, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar ayında Türkiyə iqtisadiyyatında eniş 3 faiz təşkil edib.

Q. İbadoğlu qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyədə bu il üçün 2,5 faiz azalma, 2020-ci il üçün elə o qədər də böyüməni proqnozlaşdırır. Bu isə o deməkdir ki, BVF-nin proqnozları doğru çıxsa yaxın iki ildə Türkiyə iqtisadiyyatı böyüməyəcək.

Alimin fikrincə, hazırda Türkiyə iqtisadiyyatının ən böyük çətinliyi inflyasiya və dövlət borclarıdır. Ötən ay üçün qiymətlərin ümumi səviyyəsində 20 faiz artım qeyd olunub. Bələdiyyə seçkilərindən sonra türk lirəsi yenidən ucuzlaşmağa başlayıb, bu isə inflyasiya yaradan monetar amilləri xeyli ucuzlaşdırıb.

Q. İbadoğlu bildirib ki, Türkiyə ilə Rusiya arasında orta və uzaq mənzilli "C-400" zenit-raket komplekslərini almaq barədə razılaşmadan sonra ABŞ-la münasibətlərdə artan soyuqluq Türkiyənin milli valyutasına təsirsiz ötüşmür. Artıq 1 ABŞ dolları 5.77 türk lirəsinə satılır. Bələdiyyə seçkilərinə dair son qərarın gecikməsi də milli valyutanı təzyiq altında saxlayır.

Dövlət borclarına gəlincə, iqtisadçı diqqətə çatdırıb ki, ötən ilin oktyabrında azalan borclar yenidən artmağa başlayıb. “Hazırda yalnız dövlət təminatlı borclar 112 milyard dollar təşkil edir. Türkiyə iqtisadiyyatının və hərbisinin gücünün artımı Azərbaycanın maraqlarına uyğundur. Odur ki, Türkiyədə baş verənlər Azərbaycanda da narahatlıqla izlənilir”,- deyə Q. İbadoğlu bildirib.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}