17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
101 dövlət əmlakı hərraca çıxarılıb – Siyahı
Tarix: 14-11-2016 15:20 | Bölmə: İqtisadiyyat

 

Əmlak Məsələləri Dövlət Komitəsi(ƏMDK) dekabrın 13-də yeni hərrac keçirəcək.

Komitənin mətbuat xidmətinin məlumatına görə, bu hərraca ümumilikdə 101 dövlət əmlakı olmaqla 23 səhmdar cəmiyyəti, 43 kiçik dövlət müəssisə və obyekti, 19 istifadəsiz qeyri-yaşayış sahəsi və 16 nəqliyyat vasitəsi çıxarılıb.

Məlumatda bildirilir ki, hərraca çıxarılan 43 kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə satılacaq. Belə ki, elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Gəncə, Sumqayıt, Şəki şəhəri, habelə Şirvan, Sabirabad, Şəmkir, Zaqatala və digər rayonlarında yerləşir.

Hərraca çıxarılan müəssisələr sırasında "Gəncə Pambıq Əyrici” MMC, Şəmkir Balıq Zavodu, Şəki Barama Toxumu Zavodu kimi iri müəssisələrin də olduğu bildirilir.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək start qiyməti Gəncədə yerləşən "Gəncə Pambıq Əyrici” MMC-dir, 5,243 mln. manata təklif olunan müəssisənin ümumi faydalı sahəsi 10 514,8 kv. metr, torpaq sahəsi isə 34 083 kv. metrdir.

Paytaxtın Sabunçu rayonunda yerləşən və 60 011 kv.m torpaq sahəsi olan Yardımçı təsərrüfat isə 1,085 mln. manata təklif olunur.

Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 552 min manata Bakının Nərimanov rayonundakı 7 saylı mağaza, 306 min manata Sumqayıtda yerləşən "Dalğa” kiçik müəssisəsi, 485 min manata Şəkidə yerləşən Barama Toxumu Zavodu da var.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 14-ü paytaxtda, qalanları isə ölkənin ayrı-ayrı şəhər və rayonlarında yerləşir. Ən yüksək ilkin satış qiyməti ilə hərraca çıxarılan qeyri-yaşayış sahəsi paytaxtın Səbail rayonunda yerləşir. Belə ki, bu əmlak 800 min manat start qiyməti ilə hərraca çıxarılıb.

Budəfəki hərracda səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılan 23 səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında "Bərdə Kərpic”, "Gəncə Sənaye Tikinti”, "Kürdəmir Kəndkimya Təchizat”, "Salyan İnşaat Xidmət”, "Salyan Reproduktor Quşçuluq”, "Şəki Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlər var.

Qeyd edək ki,istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər.

Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}