Dünya Bankının nümayəndəsi: “Qarşıdakı 3 ildə Azərbaycanda 0 iqtisadi artım olacaq”
Tarix: 22-11-2016 14:35 | Bölmə: İqtisadiyyat


"Məzənnənin sabitliyi uğurlu iqtisadi siyasətin göstəricisi ola bilməz. Çünki məzənnə iqtisadiyatda baş verən proseslərə, şoklara adekvat reaksiya verməlidir”.

Reyting.az Report-a istinadla xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer deyib.

H.Timmer məzənnənin sabitləşdirilməsi siyasəti yürüdülməsinin doğru olmadığını da bildirib:

"Hazırda Azərbaycanda 3%-lik iqtisadi geriləmə var. İnfliyasiya ikirəqəmli səviyyədədir. Növbəti iki ildə də bu, 3% səviyyəsində olacaq. Bu o deməkdir ki, qarşıdakı 3 ildə 0 iqtisadi artım olacaq”.

Qeyd edilir ki, Azərbaycanda iqtisadi resessiya mövcuddur: "Biz Azərbaycanda pul siyasətinə baxmağı tövsiyyə edirik. Həmçinin, maliyyə sektoru sabitləşdirilməlidir. Neftin qiymətində olan azalma bank sektoruna mənfi təsir edir. Bankların restrukzasiyasına ehtiyac var. Problemli kreditlər artıb. Orta və uzunmüddətli tədbirlər görülməlidir”.

H.Timmerin sözlərinə görə, qarşıdakı 3 ildə ehtiyaclı insanlara sosial yardımlar ayrılmalıdır. Bu yardımlar həmin qrup insanların son illər baş verən proseslərdən az əziyyət çəkməsi üçün edilməlidir.

"Azərbaycanda rəqabətlilik mühiti əhəmiyyətli dərəcədə geriləyib. Məhz rəqabət qabiliyyətinin artırılmasına ehtiyac var”,– deyə DB eksperti vurğulayıb.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}