Beynəlxalq Bank və "Azərtükrbank" təcili özəlləşdirilməlidir
Tarix: 09-12-2016 12:27 | Bölmə: İqtisadiyyat / Xəbərlər

Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı müzakirələr yenidən aktuallaşır. Bu dəfə ABB-nin artıq vəzifədən uzaqlaşdırılmış yeni rəhbərini "qara bazar”a valyuta ötürməkdə ittiham edirlər.


Bu barədə açıqlama verən iqtisadçı-alim Qubad İbadoğlu bildirib ki, dövlət zəmanəti ilə Mərkəzi Bankdan 7 milyard manat, eyni zamanda Neft Fondundan 1 milyard ABŞ dolları alan Azərbaycan Beynəlxalq Bankı ətrafında bitməyən söhbətlər ABB dövlət mülkiyyətində qalanadək davam edəcək:

"ABB-nin özəllədirilməsi ilə bağlı müzakirələr 2000-ci ilin ortalarında Beynəlxalq Valyuta Fondunun təşəbbüsü ilə başlasa da, hələ də bu istiqamətdə iş getmir.

Əgər Beynəlxalq Bank vaxtında özəlləşdirilsəydi nə dövlət 7 milyard manat və 1 milyard dollar əlavə xərcə düşər, nə də bu bankdan kredit götürən şəxslər 6 ilə 10 milyard manata qədər vəsait oğurlaya bilməzdilər. Çünki, bank özəl olanda oğurlanan dövlətin deyil, onun idarəçiliyi üzərində korporativ nəzarəti həyata keçirən səhmdarların vəsaitləri olur. Özəl bankların səhmdarları belə halların qarşısını vaxtında almaq üçün xeyli rıçaqlara malikdir. Bu isə Beynəlxalq Bankda olduğu kimi, uzunmüddətli dövrdə dəhşətli dərəcədə böyük korrupsiyalara yol açmır. Odur ki, Beynəlxalq Bankda baş verənlərin birinci günahkarı islahatları vaxtnda aparmayan hökümətdir.

Elə məhz bu səbəbdən hətta indi də ABB-nin vəzifəsindən uzaqlaşdırılmış rəhbəri "qara bazar”a valyuta ötürməkdə ittiham olunur".

Q.İbadoğlunun fikrincə, başlıca səbəb bu bankın hələ də dövlət mülkiyyətində qalmasıdır:

"Hesab edirəm ki, gələn ildən ABB və "Azərtükrbank" özəlləşdirməyə hazırlanmalı və bu proses mümkün qədər tez başa çatdırılmalıdır. Özəlləşdirmə isə açıq olmalı, orda maraqlı investorların sərbəst iştirakına şərait yaradılmalıdır".

Reyting.az





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}