14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Hökumət qiymətlərdə dəyişiklik edib
Tarix: 23-12-2016 13:11 | Bölmə: İqtisadiyyat

Tarif Şurasının son iclasında təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisi istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Yəni yuxarı tariflə olan illik xərc qaza görə 20 manat, işığa görə 24 manat azaldılıb.

İqtisadçı-alim Qubad İbadoğlu bildirib ki, hələ bir müddət əvvəl "Ədalətsizliyin differensiyası və ya bir daha Tarif Şurasının qərarının fəsadları haqqında" yazısında differensiallaşma normasının düşgün müəyyənləşdirilmədiyini qeyd edib:

"Hələ o zaman təklif etmişdim ki, elektrik enerjisi üçün diffensiallaşma norması ailə üzvlərinin sayı ilə əlaqələndirilməli və 2 nəfərlik ailə üçün bu norma 300 kilovat-saatdan başlamalıdır”.

Q.İbadoğlu qeyd edib ki, Gürcüstanda bahalı tarif 300 kilovat-saat səviyyəsindən başlayır, Qırğızıstanda aşağı tarifin maksimum norması 700 kilovat-saatdır. Türkmənistanda isə hər ay adambaşına 35 kilovat, 1 ailə üçünsə minimal olaraq 100 kilovat elektrik enerjisi pulsuz verilir:

"Onu da əlavə edim ki, əhali qrupu üçün Qırğızıstanda 1 kilovat elektrik enerjisi 1,1 sent, Qazaxıstanda 4,7 sent, Azərbaycanda isə yuxarı tarif üzrə 6,3 sentdir”.

Tanınmış iqtisadçı bildirib ki, Tarif Şurasının qərarına korrektə edərək qaz və elektrik enerjisi üçün differensiallaşma normalarını dəyişdiyi halda, qiymətlərin sabit saxlanılması göstərir ki, digər enerji bazarlarında da tariflər artırılacaq.

Reyting.az





Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}