Dolları ucuz satan banklar bəlli oldu – Siyahı
Tarix: 09-01-2017 14:07 | Bölmə: İqtisadiyyat

 

Dekabr ayının 14-dən Azərbaycan bankları arasında valyutanı ancaq 5 bank satır.

Reyting.az Fins.az-a istinadla xəbər verir ki, bu gün dolları ən yüksək qiymətlə alan bank Azərbaycan Sənaye Bankı, "Unibank” və "AGBank”dır. Bu banklar Amerika valyutasını 1.8150 manata alır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə "Yapı Kredi Bank” dır. Bu bankda dolların alış qiyməti 1.6778 manatdır.

ABŞ dollarının ən aşağı satış qiyməti isə "Azərpoçt”, "Rabitəbank”, "NBC Bank” və "CDB Bank”dadır -1.8170 manat.

Bu gün dolları ən baha satan isə "Bank Avrasiya”dır – 1.8174 manat.

Avro qiymətləri

Bu gün avronun ən baha satış qiyməti 1.9333 manatdır. Bu gün "Bank Avrasiya” Avropa valyutasını həmin məzənnə ilə satır.

Avronu ən ucuz "Azərpoçt” satır -1.9300 manat.

Avronu ən ucuz alan isə "Yapı Kredi Bank (Azərbaycan)”dır-1.7848 manat. Avropa valyutasını ən baha alan isə "Dəmirbank”dır. Bu bankda 1 avro 1.9130 manata alınır.





Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}