4 qurumun 55 milyon manat vergi borcu silinib - Siyahı
Tarix: 17-01-2017 16:17 | Bölmə: İqtisadiyyat / Xəbərlər


Vergi amnitsiyasından daha çox bəhrələnənlərin siyahısına Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi başçılıq edir.

Bu fikirləri iqtisadçı-alim Qubad İbadoğlu özünün "facebook” hesabında yazıb.

Ekspert qeyd edib ki, artıq vergi amnistiyası tətbiq olunmağa başlayıb. İlk növbədə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi və fiziki şəxslərin adları açıqlanıb. Məlum olub ki, bu aksiyadan ən çox faydalananlar aşağıdakı hüquqi şəxslərdir:

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (22 milyon 676 min 116 manat 10 qəpik)

Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi (14 milyon 145 min 408 manat 66 qəpik)

"Azərsu" Açiq Səhmdar Cəmiyyəti (13 milyon 692 min 457 manat 91 qəpik)

Azərbaycan Respublikasi Gənclər və İdman Nazirliyi (4 milyon 175 min 386 manat 41 qəpik).

Göründüyü kimi, amnistisiya siyahisına Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) rəhbərlik edir. Çox maraqlıdır ki, əsasən fəaliyyəti bu il nəzərdə tutulan AİHOƏK gecikdirilmiş vergi borclarına görə iri məbləğdə borcu olan hüquqi şəxsdir.

Ən çox vergi intizamını pozanlar isə Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi, "Azərsu" Açiq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasi Gənclər və İdman Nazirliyidir.

Reyting.az





Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}