Bir bankın 6 filialının lisenziyası ləğv edilib - Siyahı
Tarix: 16-02-2017 10:46 | Bölmə: İqtisadiyyat / Xəbərlər

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının qərarı ilə "PAŞA Bank” ASC-nin yeni şöbəsinin açılmasına icazə verilib və "Bank VTB (Azərbaycan)" ASC-nin 6 filialının lisenziyaları ləğv edilib.

Məlumata görə, "Bank VTB (Azərbaycan)” ASC-nin "İçərişəhər”, "Həzi Aslanov”, "Əhmədli”, "Bakıxanov”, "28 May” və "Xırdalan” filiallarının icazələrinin ləğv edilməsinə dair müraciətinə baxılıb.

Filialların bağlanmasına əsas səbəb "Bank VTB (Azərbaycan)” tərəfindən xərclərin optimallaşdırılması göstərilib.

Sözügedən filialların ləğvindən sonra bankın filiallarının sayı 8 olacaq.

 





Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}