17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Sahibkarlarla növbəti görüş keçirilib - Fotolar
Tarix: 19-02-2017 19:17 | Bölmə: İqtisadiyyat / Xəbərlər

Sahibkarlarla növbəti görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün sahibkarlara dəstək olan Azexport portalı bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarlarla görüşünü davam etdirib. Yevlaxda təşkil olunan görüşdə Mingəçevir, Ağcabədi, Ağdaş, Bərdə, Göyçay, Kürdəmir, Ucar və Zərdab da daxil olmaqla 9 rayondan 130 sahibkar iştirak edib.

Qeyd edək ki, görüşün keçirilməsində əsas məqsəd sahibkarlara Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan Azexport.az portalı barədə geniş məlumat verməkdir.

Reyting.az-a verilən məlumata görə, sahibkarlarla keçirilən görüşdə Yevlax rayon icra hakimiyyətinin başçısı Qoca Səmədov deyib ki, Yevlax və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların fəaliyyət sahələrindəki məhsuldarlıq ixrac imkanlarına uyğundur. Buna görə də onlar Azexport portalı ilə əməkdaşlıqda maraqlıdırlar.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə son dövrlər Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan və bu prosesin fonunda sahibkarların ixrac imkanlarının genişlənməsindən danışıb. O bildirib ki, kiçik və orta sahibkarlıq yeni iş yerlərinin yaranması ölkələrdə iqtisadi inkişafı dəstəkləmək naminə böyük əhəmiyyət kəsb edir. Azexport portalı da məhz bu baxımdan sahibkarlara real imkanlar və şərait yaradır.

V.Qasımlı həmçinin sahibkarların yaradılmış şəraitdən səmərəli istifadə etməyinin vacibliyini vurğulayıb.

Daha sonra Azexport.az portalının rəhbəri Zaur Qardaşov sahibkarlara portalın funksionallığı, vahid məlumat bazasının işləmə prinsipi, məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yolları, eyni zamanda, portalın ixracatçılara təklif etdiyi əlavə imkanlar barədə ətraflı məlumat verib.

Sonra görüşdə iştirak edən sahibkarların ölkəmizdə aparılan iqtisadi islahatlar, habelə Azexport.az-la əməkdaşlıq imkanları barədə sualları cavablandırılıb.

Qeyd edəki, Azexport.az portalına əsasən Çin, Rusiya, Gürcüstan, Misir, Belarus, Pakistan, Toqo və digər ölkələrdən olmaqla, əsasən şərab, toyuq əti, yumurta, müxtəlif şirələr, alma, viski və digər məhsullara dair sifarişlər gəlir. Azexport portalı təchizat zənciri üzrə bütün xidmətlərə - sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır.

Əlavə edək ki, sahibkarların tam məlumatlılığını təmin etmək, onların problemlərini dinləyib müzakirə etmək üçün Azexport komandası indiyə qədər Bakinın rayonlarında 500-ə yaxın, eləcə də Şamaxı, Xızı, Ağsu, İsmayıllı, Şəki, Balakən, Qax, Oğuz, Qəbələ,və Zaqatala bölgəsindən isə 200 –dən artıq kiçik və orta sahibkarla görüş keçirib.

Qeyd edək ki, Azexport.az portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb. Portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib.

Sahibkarlarla növbəti görüş keçirilib
Sahibkarlarla növbəti görüş keçirilib




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}