16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Banklar ölkənin maliyyə bazarına spekulyativ müdaxilələr edir - İqtisadçı-ekspert
Tarix: 21-02-2017 17:43 | Bölmə: İqtisadiyyat

Maliyyə Bazarlarına Nəzarət Palatasının bu ayın əvvəllərində manatın məzənnəsinin qısa müddətdə kəskin möhkəmlənməsi və yenidən dolların bahalaşması ilə müşahidə edilən əks-prosesin səbəblərini araşdırmasına ehtiyac var.

Reyting.az-ın xəbərinə görə, bu fikirlərin müəllifi iqtisadçı-ekspert Vüqar Bayramov bilidirb ki, əksər inkişaf etmiş ölkələrdə belə hallar baş verən zaman maliyyə bazarına məsul olan dövlət qurumu spekulyativ müdaxilələrin olub-olmamasını araşdırır:

"Belə müdaxilələrin olduğu təsdiq edilən zaman bu işdə maraqlı olan bankların lisenziyalarının ləğvi daxil olmaqla, xeyili kəskin cəzalar müəyyənləşdirilir. Milli valyutanın məzənnəsində qısa müddətli kəskin dəyişmələr bır sira bankların izafi gəlir əldə etməsinə səbəb oldu. Belə kəskin dəyişmələr nə vətəndaşlar, nə də biznes üçün əlverişlidir. Biznes üçün stabil valyuta rejimi çox əhəmiyyətlidir”.

İqtisadçı-ekspert bildirib ki, buna görə də, Palata tərəfindən bu ay valyuta bazarında baş verənlərin araşdırılması üçün xüsusi kommisiyanın yaradılmasına və iki tərəfli kəskin dəyişikliklərin səbəbləri və bunda maraqlı olan banklar və tərəflərin müəyyənləşdirilməsinə ehtiyac duyulur: "Bu gələcəkdə yeni spekulyativ müdaxilələrin qarşısının alınması baxımdan da vacibdir".

 


 





Bölməyə aid digər xəbərlər
Dünən, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}