Layihənin dəyəri 40 mlrd. dollara çatıb - Natiq Əliyev
Tarix: 23-02-2017 18:03 | Bölmə: İqtisadiyyat


"Cənub Qaz Dəhlizi" layihəsinin ümumi dəyəri 40 mlrd. ABŞ dollarına çatıb.

Reyting.az "Report"a istinadla xəbər verir ki, bunu bu gün Bakıda "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısından sonrakı mətbuat konfransında çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

N.Əliyevin sözlərinə görə, layihənin maliyyələşdirilməsində problem olmayacaq: "Bu toplantıda Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya (EIB), Asiya İnkişaf Bankı (AIB) və başqa maliyyə institutlarının nümayəndələri iştirak edib və onlar da bu layihəyə davamlı dəstək göstərəcəklərini bildiriblər".

"Cənub Qaz Dəhlizi” layihəsini genişləndirmək fikrimiz var. Buna görə də məhz bu gün burada İon Boru Kəməri (IAP) ölkələrinin nümayəndələri də iştirak edirdilər", - deyə nazir əlavə edib.

N.Əliyev bugünkü toplantıda layihənin maliyyələşməsi ilə bağlı da müzakirələrin aparıldığını bildirib. "Maliyyə qurumları layihəni dəstəkləyir və lazımi kömək göstərməyə hazırdır. Balkan ölkələri də bu layihəyə maraq göstərir. 2018-ci ildə qaz Türkiyəyə, 2020-ci ilin əvvəlində isə İtaliyaya çatdırılacaq. IGB, IAP layihələri də müzakirə olunub",-deyə N.Əliyev bildirib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}