Azərbaycanın Strateji yol xəritələri ABŞ-da təqdim ediləcək
Tarix: 27-02-2017 14:28 | Bölmə: İqtisadiyyat


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı martın 1-3 tarixlərində ABŞ-ın paytaxtı Vaşinqton şəhərinə səfər edəcək.

İİTKM-dən Reyting.az-a verilən məlumata görə, səfərdə məqsəd ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etmək və ölkəmizdə aparılan iqtisadi islahatları, o cümlədən Strateji yol xəritələrini təqdim etməkdən ibarətdir.

V.Qasımlı xüsusi olaraq Prezident İlham Əliyev tərəfindən 22 fevral 2017-ci il tarixdə yaradılan Azərbaycan Rəqəmsal Ticarət Qovşağı barədə tədbir iştirakçılarına məlumat verəcək.

Rəqəmsal Qovşaq ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və İKT sahəsində nailiyyətlərindən səmərəli istifadə etməklə, ixrac potensialının yüksəldilməsini, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini zəruri edir.

Qeyd edək ki, USACC tərəfindən təşkil olunan tədbirdə Azərbaycan və ABŞ-ı təmsil edən dövlət və biznes nümayəndələri iştirak edəcək.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}