17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
100-dən artıq sahibkarı bir araya gətiriblər - Tədbir
Tarix: 04-03-2017 18:10 | Bölmə: İqtisadiyyat

100-dən artıq sahibkarı bir araya gətiriblər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi region sahibkarları ilə növbəti görüşünü Lənkəranda cənub bölgəsinin sahibkarları ilə keçirib.

Mərkəzdən Reyting.az-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımdımlıdan olmaqla 100-dən artıq sahibkar iştirak edib. İş adamlarının diqqətinə çatdırılıb ki, Azexport portalı sahibkarlıq vəixrac imkanlarını genişləndirmək üçün onlara dəstək funksiyasını həyata keçirir. Belə ki, Prezidentin Sərəncamı ilə yaradılan portal bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarların ixracyönümlü məhsullarının xarici tərəfdaşlara çatdırılmasının asanlaşdırılması vəölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm addımlar atır.

Azexport.az portalının rəhbəri Zaur Qardaşov portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edib, həmçinin Azexport.az-a inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə geniş məlumat verib.

Sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yolları izah edildikdən sonra, onları maraqlandıran suallar cavablandırılıb.

Sahibkarlar ölkəmizdə əlverişli biznes mühitinin formalaşdırılması və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən islahatlardan məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, Azexport.az portalına əsasən Yaponiya, Niderland, Çin, Rusiya, Gürcüstan, Misir, Belarus, Pakista və digər ölkələrdən olmaqla, əsasən şərab, toyuq əti, yumurta, müxtəlif şirələr, quru süd, mineral sular, alma, viski və digər məhsullara dair sifarişlər gəlir. Azexport portalı təchizat zənciri üzrə bütün xidmətlərə - sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır.

Əlavə edək ki, sahibkarların tam məlumatlılığını təmin etmək, onların problemlərini dinləyib müzakirə etmək üçün Azexport komandası indiyə qədər Bakının rayonlarında 500-ə yaxın, respublikanın rayonlarında isə 400–ə yaxın kiçik və orta sahibkarla görüş keçirib.

Qeyd edək ki, Azexport.az portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb. Portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}