21:02 / 29-03-2024
"Qarabağ" çempion olub
Maliyyə Palatası ixracat vəsaitlərinə də nəzarət edəcək - Müzakirə aparılıb
Tarix: 06-03-2017 10:26 | Bölmə: İqtisadiyyat


Azərbaycan Banklar Assosiasiyasında (ABA) yenilənmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” qaydalarından irəli gələrək banklar qarşısında yaranmış öhdəliklərlə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının və ABA-nın nümayəndələri, eləcə də bankların ekspertləri arasında görüş keçirilib.

ABA-dan "APA-Economics”ə verilən məlumata görə, yeni qaydalara əsasən, ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycana köçürülməsinə Palata nəzarət edəcək.

"Bundan irəli gələrək, Palata ixrac olunan malların müqabilindəvəsaitlərin ixracatçılarının bank hesablarına köçürülüb-köçürülmədiyinə nəzarətini banklar tərəfindən verilən məlumatlar əsasında həyata keçirəcək. Bunun üçün hər bir bank, müştərisi olan ixracatçının ixrac etdiyi malın dəyərinə dair məlumatı elektron olaraq əldə etməli, həmin məlumat əsasında vəsaitin daxil olub-olmamasını müəyyən etməli və buna dair müvafiq məlumatını elektron olaraq daxil etməli olacaq”, - deyə məlumatda vurğulanıb.

Görüşdə yeni qaydalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı mexanizm müzakirə edilib və bankların məsələ ilə əlaqədar təklifləri səsləndirilib. 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}