"AzerGold" bir mədəndən 40 min unsiya qızıl çıxaracaq
Tarix: 07-03-2017 17:10 | Bölmə: İqtisadiyyat


"AzerGold" QSC mədən və yataqlarla bağlı görüləcək işlərin plan və qarşıya qoyduğu hədəfləri əks etdirən 5 illik ortamüddətli strategiyanı hazırlayıb.

Reyting.az Fins.az-a istinadla xəbər verir ki, bu strategiyanın tərkib hissəsi kimi 2017-ci il üçün Çovdar qızıl mədənində qiymətli metal filizinin yerüstü oksid hissəsinin istifadəsi nəticəsində 40 min unsiya (1286 kq) qızıl və 60 min unsiya (1929 kq) gümüşün hasil edilməsi proqnozlaşdırılır.

Sonrakı illərdə QSC digər filiz mədənlərinin (Balakən rayonunun Kohnəmədən sahəsində yerləşən Filizçay və Mazımçay yataqları və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən Göydağ filiz sahəsi) istismarı ilə əlaqədar işlərin həyata keçirilməsini planlaşdırır.

Qeyd edək ki, prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamına əsasən yaradılan "AzerGold" QSC ölkə ərazisində 6 qiymətli və əlvan metal filiz (Gədəbəydə Qaradağ, Naxçıvanda Göydağ, Qazaxda Dağkəsəmən filiz sahələri, Balakəndə Köhnəmədən sahəsi, Göygöldə Kürəkçay hövzəsi, Daşkəsəndə Çovdar) mədənlərindən istifadə hüququ əldə edib.





Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}